"Çempionatın sonuna az qaldığından bütün oyunlar gərgin məcrada keçir. İtirilən hər bir xal bizi çempionluqdan uzaqlaşdırır, qazanılan isə yaxınlaşdırır. Onsuz da yersiz çox xallar itirmişik. Heç bir oyun bizə asan başa gəlmir. Son 5 oyunun hamısında 3 xal götürməyə köklənmişik. Çempion olmaq istəyiriksə geriyə yolumuz yoxdu". Bu sözləri Sport24.az-a açıqlamasında "Şamaxı"nın kapitanı Emin Zamanov bildirib.

 


"Şirlər"in kapitanı 9 qolla bombardirlərin yarışında yer alsa da, saytımıza açıqlamasında başlıca məqsədinin komandasının çempionluğu görməkdi: "Qollar vursam da, qarşıma çempionatın ən sərrast oyunçusu olmaq məqsədi qoymamışam. Mənim üçüb əsas "Şamaxı"nın çempion olub elitaya qayıtmasıdı. Bombardirlik yarışında komanda yoldaşım Elşad Tağlyevin birinci olmasını istəyirəm. Hamımız çalışırıq ki, Elşad hər oyunda fərqlənsin. Həm komandamıza qələbə gətirsin, həm də özü mövsümün sonunda ən sərrast futbolçu olsun".

 

Qeyd edək ki, aktivində 42 xal olan "Şamaxı" 22 turdan sonra turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Lider isə 47 xalla "Qaradağ Lökbatan"dı.  


Polad Azər