"Geridə qalan 32 turu nəzərə alsaq, əksər oyunlarda 90 dəqiqə üstün oynasaq da, nəticələrimiz ürəkaçan olmayıb. Məsələn, son turda doğma meydanda "Kəpəz"lə matçda da meydanda dominantlıq etməyimizə baxmayaraq, bir səhv nəticəsində qol buraxdıq və olan-qalan şansımızı itirdik. Nəticədə sonuncu olmağımız rəsmləşdi". Bu sözləri Sport24.az-a açıqlamasında "Qəbələ"nin "çərçivə qoruyucusu" Rəşad Əzizli deyib.

 


Elitanı tərk edəcəyi dəqiqləşən klubunun qolkiperi AFFA-dan güzəşt gözlədiklərini də vurğulayıb: "10-cu yerdə olmağımızı acı həqiqətdi. Mövcud qaydalara və idman prinsipinə görə elitanı tərk etməliyik. Amma AFFA İcraiyyə Komitəsinin "Qəbələ" kimi adlı-sanlı, tarix yazmış, avrokubokun qrupunda oynamış komandaya güzəş edəcəyin inanırıq. "Qəbələ" asanlıqla silinib atılmalı klub deyil. Ümid edirik ki, komanda sayı artacaq və bizim də Premyer Liqada qalmağımıza şərait yaradacaqlar".

 


Əzizli gələcək karyerası barədə də danışıb: "Müqaviləm yayda bitir. Amma hələlik bu barədə düşünmürəm. Mövsümün bitməsindən və "Qəbələ"nin taleyindən asılı olaraq qərar verəcəm".

Polad Azər