Bu gün Premyer Liqanın XXXIII turuna start verilir. Sport24.az xəbər verir ki, günün ilk matçı Tovuzda keçiriləcək.

 

Stadion səbəbindən Gəncədən perik düşən "Kəpəz" "Sumqayıt"ı qəbul edir. Gəncə təmsilçisi üçün demək olar mövsüm başa çatıb. Adil Şükürovun çalışdırdığı komanda elita yerini qoruyub. "Sarı-göylər"in hazırda əsas məqsədi "futbol ili"ni 8-ci pillədə başa vurmaqdı. "Kimyaçılar" isə avrokuboklara vəsiqə uğrunda mübarizə apardığından qazanılan hər xal qızıla bərabərdi. 

 

Qeyd edək ki, Tovuzda keçiriləcək oyunun start fiti saat 16:30-da səslənəcək.

 

Misli Premyer Liqası

IV dövrə, XXXIII tur

16:30. "Kəpəz" - "Sumqayıt" 0:1 (2-ci hissə)

Qol: C.Rezabala, 80

Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Teymur Teymurov, Nicat İsmayıllı.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tovuz. Şəhər stadionu. 

"Kəpəz": 96. İqor Rodriqes, 10. Tural Rzayev, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 8. Elmir Tağıyev, 33. Camal Cəfərov, 26. Adama Niane, 91. Latir Fal, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 99. Əli Səmədov, 88. Şakir Seyidov, 47. Ədilxan Qarəhmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 13. Fərid Kələntərov
Baş məşqçi: Adil Şükürov
"Sumqayıt": 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 12. Abu Dosso, 4. İsa Suliman, 9. Erik Sorqa, 71. Masaki Murata
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 32. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 11. Kasimir Ninqa, 58. Oktavio Manteka, 10. Kamran Aliev, 23. Cordan Rezabala, 60. Tresor Mossi
Baş məşqçi: Samir Abasov