"Real"ın yarımmüdafiəçisi Arda Gülər ​​komanda yoldaşları Luka Modriç və Toni Kroosla münasibətindən danışıb.

Sport24.az xəbər verir ki, türkiyəli futbolçu onları adları ilə çağıranda özünü narahat hiss etdiyini bildirib:

"Onların adlarını çəkə bilmərəm, çünki məndən böyükdürlər. Belə olan halda, onlara qarşı hörmətsizlik etmiş olduğumu düşünürəm. Mən ailəmdə belə tərbiyə almışam, onları adları ilə çağıranda özümü narahat hiss edirəm. Buna görə də, Luka və Toniyə "abi" deyə xitab edirəm. Onlar da mənə "abi" deyirlər".