"Şamaxı" ilə daha bir illik müqavilə imzaladım. Bu komandanın heyətində özümü daha yaxşı tərəfdən göstərmək istəyirəm. Təbii ki, məsuliyyəti də başa düşürəm. Elita I Liqa deyil. İyulun 1-də toplanış başlayır. Qarşıdan gələn mövsümə olduqca ciddi hazırlaşmalıyıq". Bu sözləri Sport24.az-a açıqlamasında Elşad Tağıyev deyib.


Yenidən elitaya dönən "Şamaxı"nın forvardı Ayxan Abbasovun baş məşqçi təyinatına da münasibət bildirib: "Ayxan müəllim futbolumuzda öz dəsti-xətdi olan baş məşqçidi. Onun rəhbərliyi altında ilk dəfə çıxış edəcəm. İnanıram həm mənim, həm də komandamızın inkişafında Ayxan Abbasov amilinin böyük təkanı olacaq".

 

Qeyd edək ki, Tağıyev ötən mövsüm I Liqada 15 qolla  "Şamaxı"nın ən sərrast futbolçusu olub.