"Şamaxı" qış fasiləsində növbəti transferini reallaşdırıb. Sport24.az xəbər verir ki, bölgə təmsilçisi hücumçu Mixael Tike Dias Santosu heyətinə qatıb.
Braziliyalı forvardla il yarımlıq (6 ay + 1 il) müqavilə imzalanıb.
Qeyd edək ki, 31 yaşlı futbolçunun son klubu Litvanın "Hegelmann" olub.