Dağıstan futbolunun yetirməsi olan "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Çempionlar Liqası matçlarında Rusiyadan aldığı dəstəkdən danışıb. Sport24.az xəbər verir ki, qolkiper bununla bağlı "Championat.ru" portalının müxbiri Vladimir Çetverikə açıqlama verib:
"Bilirəm ki, Rusiyada insanlar Çempionlar Liqasında "Qarabağ"ı izləyir və dəstəyi hiss edirəm. Artıq çoxlu təbriklər almışam, çünki Rusiyada xeyli dostum var".
Qeyd edək ki, Çempionlar Liqasının ilk turunda "Qarabağ" "Benfika"nı 3:2 hesabı ilə məğlub edib. İkinci turda ağdamlılar "Kopenhagen"i 2:0 hesabı ilə yenib.