"Düşünürəm ki, bizi maraqlı bir görüş gözləyir". Bu sözləri Sport24.az-a Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev deyib.
Təcrübəli mütəxəssis Misli Premyer Liqasında XXI turdan təxirə salınmış "Neftçi" "Qarabağ" oyunundan gözləntilərini bölüşüb:
"Maraqlı qarşılaşma olacaq."Neftçi"yə qarşı revanş oyununda "Qarabağ" əvvəlki nəticənin təsadüf olmadığını və daha güclü komanda olduğunu bir daha sübut etməyə çalışacaq. Yenə gərgin mübarizəyə şahidlik edəcəyik. "Qarabağ"ın rəqibi ilə duellərdə uğurlu seriyası var. Ən əsası, qısa zaman kəsiyində oyunu düzgün analiz edib müsbət nəticə əldə etmək üçün hər iki komanda ciddi hazırlaşacaq. Bu oyunda ilk qol bir çox məqamı həll edə bilər. Düşünürəm ki, "Neftçi" də heyət baxımından müəyyən dəyişikliklər etməlidir. Hər iki komandaya uğurlar arzulayıram".
Qeyd edək ki, Azərbaycan derbisi saat 20:00-da başlayacaq.