İngiltərə millisinin sabiq futbolçusu Eşliq Yanq karyerasını başa vurur. Sport24.az xəbər verir ki, "İpsviç"də çıxış edən 40 yaşlı cinah müdafiəçisi bu barədə sosial şəbəkə hesabında yazıb.
O, mayın 2-də karyerasının son oyununa çıxacağını açıqlayıb.
"İpsviç" Çempionşipin 46-cı turunda QPR ilə üz-üzə gələcək.
Xatırladaq ki, Eşli Yanq İtaliyada "İnter", ölkəsində "Mançester Yunayted", "Aston Villa", "Everton" və "Uotford" klublarının formasını geyinib.