"Bayer"in(Leverkuzen) müdafiəçisi Edmond Tapsoba Almaniya klubunda qalacaq. Sport24.az xəbər verir ki, o, klubla müqavilə müddətini artırıb.
Burkina-Faso millisinin üzvü ilə 2031-ci il iyunun 30-na qədər "Bayer"də qalacaq.
Tapsoba 2020-ci ildə "Vitoriya Gimarayeş"dən Leverkuzen klubuna keçib.
Qeyd edək ki, "Fənərbaxça" bu futbolçunu yayda heyətinə qatmaq istəyirdi.