"Benfika"nın baş məşqçisi Joze Mourinyo 2026-cı il Dünya Kubokunu kimin qazanacağı ilə bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, tanınmış mütəxəssis Braziliyanın iddialı olduğunu söyləyib:

 

"Düşünürəm ki, dünya çempionatını Braziliya qazanacaq. Ançelotti elə Ançelottidir. İnsanlar Braziliyaya inanmırlar. Amma mənim üçün Ançelottinin rəhbərliyi altında Braziliya yığması başqadır, onsuz isə tam başqa".

 

Braziliya millisi Mərakeş, Haiti və Şotlandiya ilə birlikdə C qrupunda yer alıb.