Səudiyyə Ərəbistanı Pro Liqasında keçirilən "Al Nassr" – "Al Ahli" matçı (2:0) təkcə meydandakı oyunla deyil, ulduz futbolçu Kriştiano Ronaldonun hərəkəti ilə də gündəmə gəlib. Sport24.az xəbər verir ki, matçın başa çatmasından sonra "Al Ahli" azarkeşləri ev sahibi komandanın fanatlarına "Bizdə 2 Asiya titulu var" şüarı səsləndirib.

 

Bu zaman Ronaldo tribunaya tərəf dönərək beş barmağını göstərib və "Məndə 5 Çempionlar liqası var" sözləri ilə cavab verib.

 

Həmin anlar anbaan kameralara düşüb və qısa müddətdə sosial şəbəkələrdə trendə çevrilib. Bir qrup azarkeş bunu Ronaldonun sarsılmaz özünəinamı və "qalib xarakteri" ilə əlaqələndirsə də, digər qrup futbolçunun Asiyada çıxış etdiyi halda hələ də keçmiş Avropa uğurları ilə öyünməsini tənqid atəşinə tutub.