I Liqada çıxış edən "Şahdağ Qusar" heyətinə daha bir legioner cəlb edib. Sport24.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.

 

Fil Dişi Sahilindən olan Alassane Kulibali ilə müqavilə imzalanıb.

 

24 yaşlı hücumçu ilə müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub. Kulibali son olaraq ölkəsinin "AFAD-Pleteau" klubunda çıxış edib.

 

Qeyd edək ki, "Şahdağ Qusar" bir neçə gün öncə anqolalı Aqostinyo Çipesseni transfer edib.