"Sabah"ın U-12 komandası beynəlxalq turnirdə iştirak edəcək. Sport24.az xəbər verir ki, komanda Türkiyənin Rize şəhərində təşkil olunacaq "Rize Cup" turnirində qüvvəsini sınayacaq.

 

Turnirdə "Sabah"la yanaşı, Türkiyədən "Başakşehir", "Fenerbahçe", "Qaziantep", "Gençlerbirliği", "Rizespor" və "Samsunspor", həmçinin Gürcüstanın "Dinamo" (Batumi) komandaları da iştirak edəcək.

 

Qeyd edək ki, "Rize Cup" 29 may – 1 iyun tarixlərində keçiriləcək.