Mayın 24-25-də Polşanın Kruşvisa şəhərində akademik avarçəkmə üzrə 19 yaşadək idmançılar arasında Avropa birinciliyi keçiriləcək. Sport24.az xəbər verir ki, 27 ölkənin iştirak edəcəyi yarışda 4 idmançımız mübarizə aparacaq.

 

Heyəti Azər İlyasov, Tunar Məmmədzadə, Məhəmməd Əlizadə və Cahangir Məmmədlidən ibarət yığmamız 4 nəfərlik akademik avarçəkmə qayığında qitə birinciliyinə qatılacaq.