Bu gün AFFA Region Liqasında 3-cü yer uğrunda oyun keçirilib. Sport24.az xəbər verir ki, bürünc medallar üçün "Göyəzən"lə "Ağstafa Gəncləri" üz-üzə gəlib.

 

7 qolun vurulduğu qarşılaşma Ağstafa təmsilçisinin 5:2 hesablı qələbəsi ilə  yekunlaşıb.

 

Qeyd edək ki, Region Liqasında 3-cü yeri tutan "Ağstafa Gəncləri" növbəti mövsümdə II Liqada iştirak etmək hüququ əldə edib. "Göyəzən" isə II Liqada mövsümü 13-cü pillədə başa vurmuş "Lerik"lə pley-off  matçı keçirəcək.