Futbol üzrə Azərbaycan II Liqada 2024/2025 mövsümünün mükafatlandırma mərasimində turnirin bombardirinə xüsusi hədiyyə təqdim olunub. Sport24.az xəbər verir ki, "Şəmkir" klubunun hücumçusu Vidadi Cəfərov 31 qolla II Liqada 2024/2025-ci illər mövsümünün ən sərrast futbolçusu seçildi.
Ona mükafatı Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov, AFFA-nın vitse-prezidenti Könül Mehdiyeva, Futbolun İnkişafı Fondunun icraçı direktoru Tural Piriyev təqdim ediblər.