Gənclər Liqasında 36-cı turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, "Sabah"ın U-19 komandası bu turda səfərdə "Zirə" ilə qarşılaşıb.
Binə qəsəbə stadionunda keçirilən matç "Sabah"ın böyük hesablı qələbəsi ilə nəticələnib – 4:0. Qollara Stefen Ende (2), Anar Hüseynov və Anar Cəbiyev imza atıblar. Bu qələbə ilə xallarının sayını 89-a çatdıran komanda, mövsümün bitməsinə 3 tur qalmış, çempionluğunu rəsmiləşdirib.