"Sent-Etyen"in futbolçusu Zuriko Davitaşvili karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Qalatasaray" gürcü vingeri transfer etmək istəyir.

 

Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

 

İstanbul klubu Davitaşviliyə "Sent-Etyen"də aldığı maaşın üç qatını təklif edib. Klubun aşağı liqaya düşməsi 24 yaşlı vingerin Türkiyəyə yollanmaq ehtimalını artırır.

 

Qeyd edək ki, "Sent-Etyen" Zuriko Davitaşvilini öötəən ilin yayında "Bordo"dan transfer edib. Gürcüstan millisinin üzvü bu mövsüm Liqa 1 təmsilçisinin heyətindəmeydana çıxdığı 34 rəsmi matçda 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.