"Mançester Yunayted"in futbolçusu Luk Şou Avropa Liqasının finalında "Tottenhem"ə uduzduqları oyundan sonra fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, o, "beİN Sports"a açıqlamasında 0:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

 

"Hamımız vicdan əzabı çəkirik. Nəticənin belə olacağını təsəvvür etməzdik. Lakin tək indiki nəticə deyil, mövsüm ərzində olanlar bizi məyus edir.

 

Hər birimiz özümüzə sual verməliyik ki, bu klubda qalmaq üçün kifayət qədər yaxşıyıqmı? "Mançester Yunayted"in yeri bura deyil, daha yaxşı yerlərdə olmalıyıq. Komandanı layiq olduğu zirvələrə çatdırmağın yolunu tapmalıyıq".

 

"Mançester Yunayted" Premyer Liqada 37 turdan sonra 39 xalla 16-cı sıradadır.