Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir qarşılaşma baş tutub. Sport24.az xəbər verir ki, E qrupunun oyununda Tailand yığması Monteneqro ilə bərabərə qalıb.

 

Milli Gimnastika Arenasında keçirilən matç 1:1 hesabı ilə yekunlaşıb.

 

Qeyd edək ki, bu gün baş tutan digər görüşlərdə İspaniya Qananı (3:0), İndoneziya Kosta Rikanı (1:0) məğlub edib.