"Sabah" klubunun zədəli futbolçuları Pavel Şafranko və Coy-Lens Mikelsin durumuna aydınlıq gəlib. Bu barədə Sport24.az-a Bakı təmsilçisindən məlumat verilib.

Şafranko Misli Premyer Liqasındakı növbəti oyunu da buraxacaq. Onun martda komanda ilə məşqlərə qoşulacağı gözlənilir. Mikelsin isə növbəti turda iştirakı sual altındadır.

Qeyd edək ki, "Sabah" XX turda "Qəbələ"nin qonağı olacaq. Qarşılaşma fevralın 16-da saat 17:00-da start götürəcək