Türkiyə millisi və "Roma"nın üzvü Zeki Çelik A Serioyasında klubunu dəyişə bilər. Sport24.az xəbər verir ki, 28 yaşlı sağ cinah müdafiəçisi ilə "İnter" yaxından maraqlanır.

 

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

 

İddialara görə, Milan təmsilçisi müqaviləsi mövsümün sonunda müqaviləsi başa çatacaq türkiyəli oyunçunu transfer etmək niyyətindədir. Zeki Çelik də "Roma"dan ayrılmağa müsbət yanaşır.

 

Qeyd edək ki, futbolçu 2022-ci ildən "qurdlar"ın heyətində çıxış edir.