"Brayton"un 22 yaşlı yarımmüdafiəçisi Karlos Baleba karyerasını Fransada davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Fichajes-in Spanish" məlumat yayıb.

Mənbənin sözlərinə görə, baş məşqçi Luis Enrike növbəti mövsüm yarımmüdafiə xətini gücləndirmək və komandaya daha çox dinamika gətirmək niyyətindədir. Bu səbəbdən PSJ-nin əsas hədəfi, hazırda "Brayton"da çıxış edən Karlos Balebadır. Paris təmsilçisi 22 yaşlı kamerunlu fubolçunun transferi üçün 100 milyon ödəməyə hazırdır.

Qeyd edək ki, "Brayton" Karlos Balebanı 2022-ci ilin yayında "Lil" dən transfer edib. Kamerun millisinin üzvü bu mövsüm "qağayılar"ın heyətində 24 rəsmi matçda iştirak edib.