UEFA-nın növbəti Konqresinin yerini və tarixini rəsmi olaraq açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.
Növbəti Konqres 2027-ci ilin matın 4-də Qazaxıstanın Astana şəhərində keçiriləcək.
Qeyd edək ki, bu il qitə futbol qurumunun toplantısı Belçikanın paytaxtı Brüsseldə təşkil olunub. Ölkəmizi tədbirdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev və icraçı vitse-prezidentin müşaviri Orxan Əhmədov təmsil edib.