"Məqsədimiz bəllidir. D liqasında qalib olub, C liqasına yüksəlmək. Litvanın SSRİ dönəmində bir məşhur komandası var idi. Onların iki oyunçusu Olimpiya çempionu olmuşdu. Yəni, deməyim odur ki, futbol oynaya bilirlər". Bu sözləri Sport24.az-a açıqlamasında Ağasəlim Mircavadov deyib.
Təcrübəli mütəxəssis millinin UEFA Millətlər Liqasındakı rəqibləri barədə danışıb, qrupu şərh edib:
"Lixtenşteyn də zəif deyil, hamı inkişaf edir. Yaxşı ki, mart ayında yoldaşlıq görüşlərimiz var. Futbolçuları yoxlamaq, yeni taktiki gedişləri sınaqdan keçirmək üçün bu çox vacibdir. Ayxan Abbasovun işi çox olacaq. Avqustda klublarımızın avrokubok oyunları olacaq. Abbasov o, klublarda çıxış edən futbolçularla ayrı-ayrılıqda danışmalıdır. Təqvimə də baxmışam. Bizim üçün hər şey idealdır. Bu qrupda nəticə qazanmasaq, biabırçılıq olacaq".
Qeyd edək ki, millimiz D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq. Millətlər Liqasında yeni mövsümə sentyabrda start veriləcək.