Bu gün UEFA Millətlər Liqasında Azərbaycan milli komandasının yer aldığı D Liqasının 2-ci qrupunun təqvimi açıqlanıb. Sport24.az bu barədə UEFA-nın saytına istinadən xəbər verir.

 

Dünən keçirilən püşkatma mərasimində Azərbaycan millisi Litva və Lixtenşteyn seçmələri ilə eyni qrupa düşüb.

 

Azərbaycan millisi ilk və son matçını səfərdə müvafiq olaraq Lixtenşteynə və Litvaya qarşı keçirəcək. 

 

UEFA-nın təsdiq etdiyi təqvimə əsasən, bu qrupun təqvimi aşağıdakı kimidir:

 

24 sentyabr, 2026-cı il

22:45. Lixtenşteyn - Litva

27 sentyabr, 2026-cı il

17:00. Litva - Azərbaycan 

1 oktyabr, 2026-cı il

20:00. Azərbaycan - Lixtenşteyn

4 oktyabr, 2026-cı il

17:00. Azərbaycan - Litva

13 noyabr, 2026-cı il

22:45. Lixtenşteyn - Azərbaycan

16 noyabr, 2026-cı il

20:00. Litva - Lixtenşteyn