"Qəbələ"dən ayrıldıqdan sonra uzun müddət klubsuz qalmış Kristof Atanqana karyerasını bərpa edib. Sport24.az xəbər verir ki, kamerunlu qapıçı Belçikada legioner həyatı yaşayacaq.

 

O, bu ölkənin sayca 4-cü liqası olan II divizionun "Sportinq Brüsselrs" klubu ilə müqavilə imzalayıb.

 

Onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

 

Atanqana 2021-2024-cü ildə "Qəbələ"nin qapısını qorumuşdu. Azərbaycanı tərk etdikdən sonra isə Kristof klubsuz qalmışdı.