"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik yanvar ayı üçün Premyer Liqanın ən yaxşı məşqçisi seçilib. Sport24.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.

 

Maykl Kerrikin rəhbərliyi altında "Mançester Yunayted" ötən iki oyun keçirib və "Mançester Siti"ni (2-0) və "Arsenal"ı (3-2) məğlub edib.

 

Kerriklə yanaşı, "Bornmut"dan Andoni İraola, "Çelsi"dən Liam Rosenior və "Nottingem Forest"dən Şon Dayç da namizədlər arasında yer alıb. 

 

Qeyd edək ki, "Mançester Yunayted" 26 oyundan sonra 45 xalla turnir cədvəlində dördüncü yerdədir. "Arsenal" isə 57 xalla liderdir.