Bolqarıstanın "Levski" və Azərbaycanın "Sabah" klubları arasında Sofiyada keçiriləcək Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununa biletlərin satışına start verilib. Sport24.az xəbər verir ki, biletlərin qiymətləri sektordan asılı olaraq 27-170 bolqar lev (təxminən 27-170 manat) arasında dəyişir.
Görüş avqustun 7-də 25 min tamaşaçı tutumuna malik Georgi Asparuhov adına stadionda keçiriləcək.
Matça Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.