Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensa milli komandanın hücumçusu Kriştiano Ronaldo barədə fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, təcrübəli funksioner "Expresso" nəşrinə açıqlama verib:

 

"Ronaldo – o, sadəcə bir futbolçu deyil, Portuqaliya kimliyini aşan qlobal bir brenddir. Kaş ki, o, əbədi ola idi. Amma açıq danışmaq lazımdır, insan təbiətinin sərhədləri var. O, bir gün futboldan gedəcək".

 

Qeyd edək ki, hazırda Səudiyyə Ərəbistan təmsilçisi "Əl-Nəsr"in formasını geyinən Ronaldonun 40 yaşı var və Portuqaliya yığması tarixinin ən məhsuldar oyunçusudur.