"Vest Hem" və Braziliya millisinin yarımmüdafiəçisi Lukas Paketa Mançesterə köçə bilər. Sport24.az xəbər verir ki, "Mançester Siti" Paketa üçün hərəkətə keçib.
"Vest Hem" transfer üçün 57-68 milyon avro tələb edir. Ötən mövsüm Paketa 36 matçda 5 qol vurub. Onun London təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
27 yaşlı futbolçu "Flamenqo", "Milan", "Lion" komandalarında oynayıb.