Qadınlardan ibarət Azərbaycan milli komandasının futbolçusu Milana Rəhimovanın formasını geyindiyi Şimali Makedoniyanın "Lyuboten" klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinə yüksəlib. Sport24.az xəbər verir ki Rəhimovanın komandası I təsnifat mərhələsinin final oyununda Ermənistan təmsilçisi "Pünik" üzərində 4:0 hesablı qələbə qazanıb.
Hava Mustafanın pokerə imza atdığı Skopyedəki qarşılaşmada meydana start heyətində daxil olan Rəhimova 90 dəqiqəni əvəz edilmədən keçirib.