"Arsenal" "Renn"in müdafiəçisi Jeremi Jakinin xidmətində maraqlkıdır. Sport24.az xəbər verir ki, bu barəıdə insayder Fabritsio Romano X sosial şəbəkə hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, "topçular" Uilyam Saliba və ya Qabriel Maqalgesin klubdan ayrılacağı təqdirdə 20 yaşlı fransızın keçidini planlaşdırır.

 

Qeyd edək ki, Jake 2024/25 mövsümündə bütün turnirlərdə "Renn"in heyətində 29 matçda meydana çıxıb,  2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

"Transfermarkt" portalı futbolçunun transfer dəyərini 10 milyon avro qiymətləndirir.