"Zirə"nin futbolçusu İssa Cibrila sosial şəbəkə hesabında paylaşım edib. Sport24.az xəbər verir ki, Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Hayduk"la (Split)(2:1) cavab görüşündə vurduğu qolla diqqətləri üzərinə çəkən nigerli futbolçu komandasının avrokuboklardakı çıxışı ilə bağlı yazıb:

 

"Konfrans Liqasında mövsümün sonu. Bu, Konfrans Liqası səyahətimizin sonu oldu. Biz mübarizə apardıq və çox çalışdıq, amma futbolun öz qaydaları var. Bəli, biz məyusuq. Lakin əldə etdiyimiz inkişafa görə fəxr edirik. Səhifəni digərinə çeviririk, bütün diqqətimizi yeni mövsümə yönəldirik. Vurduğum qolu çətin günlər keçirən bütün nigerli həmvətənlərimə həsr edirəm. Allahın gücü və lütfü sizinlə olsun. Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm. Bu, sadəcə təxirə salınmadır!".