"Marsel" "Yuventus"un hücumçusu Timoti Veanı icarəyə götürəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano X sosial şəbəkə hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, Fransa klubu Turin klubuna icarəyə görə 1 milyon avro ödəyəcək və 2025/26 mövsümünün sonunda futbolçunu 14 milyon avroya alacağı ilə bağlı öhdəlik götürüb. Müqaviləyə 3 milyon avro məbləğində potensial bonus ödənişləri də daxildir.

 

Vea 2023-cü ilin iyulunda "Lill"dən "Yuventus"a keçib. 2024/25 mövsümündə forvard Turin klubunun heyətində bütün yarışlarda keçirdiyi 43 matçda 6 qol vurub və 5 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı 25 yaşlı amerikalının dəyərini 17 milyon avro qiymətləndirir.

 

Qeyd edək ki, Timoti Vea liberiyalı keçmiş hücumçu, "Qızıl top"u qazanan yeganə afrikalı futbolçu Corc Veanın oğludur. Ata Vea da 2000/2001-ci il mövsümündə "Marsel"in formasını geyinib.