UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Sabah" – "Petrokub" matçının oyun öncəsi mətbuat konfransı və açıq məşqin vaxtı müəyyənləşib. Sport24.az xəbər verir ki, Azərbaycan təmsilçisinin baş məşqçisi Valdas Dombrauskasın mətbuat konfransı iyulun 30-da saat 17:30-da, ilk 15 dəqiqəsi media üçün açıq olacaq məşqi isə saat 18:00-da Şüvəlanda, "Sabah" Futbol Mərkəzində baş tutacaq.
Qeyd edək ki, "Sabah" - "Petrokub" qarşılaşması iyulun 31-də "Bank Respublika Arena"da baş tutacaq və saat 20:00-da start götürəcək.