"Neftçi" heyətini yeni hücumçu ilə gücləndirmək istəyir. Sport24.az "ağ-qaralar"ın maraqlandığı forvardlardan birini dəqiqləşdirib.

Bu, hazırda Belçikanın "La Louviere" komandasında çıxış edən Mouhamed Belkheirdir.

Fransa və Əlcəzair vətəndaşı olan 26 yaşlı forvardı daha bir neçə klub izləyir. Bu səbəbdən "ağ-qaralar"ın transferi gerçəkləşdirməsi azalır. Çünki Səudiyyə Ərəbistanının "Əl-Riyad" klubu oyunçuya görə 1.5 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Mouhamed Belkheir 2024-cü ildən Belçika təmsilçisinin formasını geyinir.