2026-cı il futbol üzrə dünya çempionatının püşkatma mərasimi Las-Veqasda keçiriləcək. Sport24.az xəbər verir ki, bu barədə ESPN Meksika təmsilçisi "Paçuka"nın prezidenti Pedro Sedillyonun sözlərinə istinadən məlumat yayıb.

 

Püşkatma mərasiminin dekabrın 5-də Las-Veqasda keçirilməsi nəzərdə tutulsa da, bu şəhərdə mundialın oyunları keçirilməyəcək. mayıb. O da məlumdur ki, püşkatma dünyanın ən böyük sferik quruluşu olan (diametri demək olar ki, 158 metr) "Sphere Hall"da təşkil olunacaq.

 

Qeyd edək ki, növbəti dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikanın stadionlarında keçiriləcək. İlk dəfə mundialda 48 komanda iştirak edəcək.