Rusiyanın U-16 millisinin III MDB Oyunlarının finalında Azərbaycana qarşı matçı çox ağır keçib. Sport24.az xəbər verir ki, bunu Rusiyanın U-16 millisinin baş məşqçisi Valentin Qavva jurnalistlərə açıqlamasında deyib.
"Hamıya təşəkkür etmək istəyirik. İlk gündən bizi yaxşı qarşıladılar. Turnir çox yaxşı idi. Azərbaycan idmançılarına xüsusi təşəkkür etmək istəyirəm. Çətin və ağır oyun oldu, Azərbaycan millisi çox yaxşı rəqibdir. Səbr etdik və sonda qələbə qazandıq".