Mərakeş millisinin və "Real"ın yarımmüdafiəçisi Brahim Dias adını Afrika Millətlər Kubokunun tarixinə yazdırıb. Sport24.az xəbər verir ki, 26 yaşlı futbolçu turnirin final mərhələsində ardıcıl beş oyunda qol vuran ilk oyunçu olub.

 

O, hazırda davam edən tunirin qrup mərhələsində Komor adalarına (2-0), Maliyə (1-1) və Zambiyaya (3-0) qarşı matçlarda fərqlənib. 1/8 finalda Tanzaniyanın (1-0), 1/4-də isə Kamerunun (2-0) qapısına yol tapıb. Onun uğurlu seriyası komandasının yarımfinala yüksəlməsinə kömək edib və burada Mərakeş Əlcəzair-Nigeriya matçının qalibi ilə qarşılaşacaq.

 

Qeyd edək ki, Dias İspaniyada anadan olub, bu ölkənin müxtəlif yaş qrupu üzrə millilərində oynayıb. 2024-cü ildə isə idman vətəndaşlığını dəyişib və atasının bağlı olduğu Mərakeşi seçib.