"Barselona" "Tottenhem"in mərkəz müdafiəçisi Miki van de Veni transfer etməyi planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 24 yaşlı futbolçu bu yay London klubundan ayrılmağı düşünür. "Tottenhem" isə müdafiəçini İngiltərə Premyer Liqasından kənara satmağa üstünlük verir.

 

Qeyd edək ki, niderlandlı futbolçu 2023-cü ilin yayından "Tottenhem"də oynayır. Bu mövsüm van de Ven bütün turnirlərdə 27 oyunda meydana çıxıb, 6 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt"dakı məlumata görə, onun bazar dəyəri 65 milyon avrodur.