"Yuventus" "Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva ilə danışıqlara başlayıb. İtaliya nəhəngi mövsümün sonunda portuqaliyalı futbolçunu pulsuz transfer etməyi düşünür. Sport24.az xəbər verir ki, bu barədə "La Stampa" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Bernardo artıq "Mançester Siti" ilə müqaviləsini yeniləməmək qərarına gəlib, ona görə də "Yuventus" və digər Avropa klubları ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Turin klubu bu ay mərkəz yarımmüdafiəçisi transfer etməyi düşünür. "Vest Hem"in formasını geyinən Quido Rodriges İtaliya təmsilçisinin "radar"ına düşüb. Komandanın baş məşqçisi Luçano Spalletti argentinalı ilə müqavilə bağlamazdan əvvəl bütün variantları nəzərdən keçirmək istəyir.