"İrəvan"la oyunda qalib gəldikdən sonra oyun alqı-satqısı ilə məşğul olduğumuz barədə xəbərlər yayıldı. Ardınca AFFA-nın vitse-prezidenti Sərxan Hacıyev bu məsələni nəzarətə götürüb ciddi araşdırma aparılacağını qeyd etdi. Biz Sərxan bəyin məsələyə yanaşmasını alqışlayırıq, qorxacaq hansısa qaranlıq işimiz yoxdu. Çünki çirkli işlərlə məşğul deyilik. Amma çox təəssüf ki, bu gün bəzi saytlarda barəmdə həqiqəti əks etdirməyən yazılar dərc olunub. Bu mənim şəxsiyyətimi alçatmaq, karyerama zərbə vurmaq və işgüzar nüfuzuma xələl gətirməkdi". Bu sözləri Sport24.az-a açıqlamasında "Araz Saatlı"nın baş məşqçisi Rüfət Quliyev deyib.

 

Son günlər bölgə təmsilçisi barədə xoşagəlməz xəbərlər yayılıb. İddiaya görə, Saatlı klubunun "İrəvan"la matçının nəticəsi əvvəlcədən razılaşdırlıb. Artıq bu yöndə araşdırmanın da getdiyi məlumdu.

 

Məsələ ilə bağlı saytımıza açıqlama verən "Araz Saatlı" baş məşqçisi deyilənləri təkzib edib və barəsində neqativ fikirlər yazan mətbu orqanları məhkəməyə verəcəyini bildirib: "Kiməsə şər-böhtan atmaq heç də yaxşı hərəkət deyil. Kimsə məni əsası olmadan nədəsə ittiham etsə, böhtan atsa, onunla məhkəmədə görüşəcəyik"   

 

ABDULLA İSMAYILOĞLU