Uşaq futbolu, regionlarda futbolun inkişafı, akademiyaların yaradılması üçün küllü miqdarda vəsait lazımdır. Sport24.az xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövşən Nəcəf mətbuat konfransında deyib.
O, bu məsələdə özəl sektorun da rol oynadığını qabardıb:
"Maliyyə dayanıqlılığı təmin olunmalıdır. Yalnız AFFA-nın, dövlətin vəsaiti hesabına bütün işləri görmək çətin olacaq. Dünyada gəlirin əsas hissəsini özəl sektor təşkil edir".