Azərbaycan millisinin futbolçuları Rahil Məmmədov və Renat Dadaşovun çıxış etdiyi "Radomyak" komandası Polşa çempionatında növbəti qələbəsini qazanıb. Sport24.az xəbər verir ki, 26-cı turda "Korona" ilə qarşılaşan Radom təmsilçisi 3:1 hesablı səfər qələbəsinə sevinib.
64-cü dəqiqədə meydana çıxan Renat 90+4-cü dəqiqədə isə məhsuldar ötürmə müəllifi olub. Rahilin adı isə iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, "Radomyak" hazırda 34 xalla turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.