Region Liqası iştirakçısı "Füzuli" yoxlama matçı keçirəcək. Əyalət təmsilçisinin mətbuat xidmətindən Sport24.az-a verilən məlumata görə, Vasif İsmayılovun komandası pley-off mərhələsinə hazırlıq məqsədilə I Divizionda çıxış edən "Neftçi-2" ilə görüşəcək.

Bu, martın 23-də saat 14:00-da baş tutacaq. Məkan "Neftçi"nin Bakıxanov qəsəbəsində yerləşən Türk Hava Yolları Futbol Mərkəzidi. 

Xatırladaq ki, "Füzuli" qrup mərhələsində yüzfaizli nəticəyə - 10 oyunda 10 qələbəyə imza atan yeganə komanda olub.