AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sport24.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif turnirlərlə bağlı aşağıdakı qərarlar qəbul olunub:

AFFA Region Liqasında keçirilən “Ağstafa” – “VT - Gəncə” oyununda “VT - Gəncə”  komandası oyuna vaxtında gəlmədiyi üçün oyunun keçirilməməsi səbəbindən bu komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

AFFA Region Liqasında keçirilən “Dirçəliş” – “Şirvanovka” oyununda “Dirçəliş” klubu həkim briqadası və polis təşkil etmədiyinə görə oyun baş tutmadığı üçün bu komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

AFFA Gənclər Liqasında keçirilən “Şamaxı” –“Kəpəz” oyununda “Kəpəz”in köməkçi məşqçisi Mustafa Əsədov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 5 oyun cəzalandırılıb.

AFFA Gənclər Liqasında “Turan Tovuz” – “Qəbələ” İK oyununda “Qəbələ”nin futbolçusu Aqşin Yaqubov ciddi qayda pozuntusuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılıb.

AFFA Gənclər Liqasında keçirilən “Zirə” – “Sabah” oyununda “Sabah”ın futbolçusu Həmzəalı Mikayılov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə  4 oyun cəzalandırılıb.

AFFA U-14 Liqasında keçirilən “Sumqayıt” – “Lion” oyununda “Sumqayıt”ın oyunçusu Ramal Qəmbərov ilə “Lion”nun futbolçusu Hüseyn Hüseynov arasında mübahisə düşdüyünə görə  Qəmbərovhər iki futbolçu 5 oyun cəzalandırılıb.