“Beşiktaş”ın əsas yay transferlərindən olan xorvatiyalı futbolçu Ante Rebiç bu gün Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə ilk oyunda start heyətdə çıxmayacaq. Sport24.az xəbər verir ki, Türkiyə mətbuatının iddiasına görə, milli üzvü “Neftçi” ilə görüşə ehtiyat oyunçular skamyasında başlayacaq.
Belə ki, “qara qartallar”ın baş məşqçisi Şenol Güneş "Milan"dan transfer edilmiş 29 yaşlı hücumçuya ikinci hissədə şans verəcək və bununla da debütünü reallaşdıracaq. “Neftçi" - "Beşiktaş" matçı bu axşam "Neftçi Arena"da saat 21:00-da keçiriləcək.
Xatırladaq ki, Rebiç 4 il əvvəl millisinin heyətində "Bakcell Arena"da (hazırkı "Neftçi Arena"da) yığmamızla 1:1 hesabıyla nəticələnən rəsmi matçda əsas heyətdə meydana çıxmışdı.