Macarıstan çempionatının qalibi müəyyənləşib. Sport24.az xəbər verir ki, 33-cü turda səfərdə "Dyor"u  2:1 hesabı ilə üstələyən "Ferentsvaroş" "qızıl"ın sahibi olub.

 

"Puşkaş Akademiyası"nı 3 xal qabaqlayan Budapeşt təmsilçisi 69 xalla birinci olub.

 

"Ferentsvaroş" ardıcıl yeddinci, tarixində isə 36-cı dəfə Macarıstan çempionluğunu qazanıb.

 

Qeyd edək ki, "yaşıl qartallar"ı "Tottenhem" və İrlandiya millisinin sabiq futbolçusu Robbi Kin çalışdırır.